Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri məlum olur

Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri məlum olur

Yeni mövsümdə Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqibləri bu gün məlum olacaq.

"Mediasport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində yarışın II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtilə saat 17:00-da başlanacaq.

“Zirə” və “Araz-Naxçıvan”ın potensial rəqibləri sırasına AZ (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya), “Başakşəhər” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua” (Belçika), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Ballkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakuv” (Polşa), “Rusenborq”, “Vikinq” (hər ikisi Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya) “Bröndbü”, “Silkeborq” (hər ikisi Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitatya Krayova” (Rumıniya) və “Beytar” (İsrail) yer alıb.

Bundan başqa, I təsnifat mərhələsinin “Borats” (Bosniya və Herseqovina) - “Santa Koloma” (Andorra), “Runavik” (Farer adaları) - "Helsinki" (Finlandiya), “Valur” (İslandiya) - “Flora” (Estoniya), “Seynyayoki” (Finlandiya) - “Klaksvik” (Farer Adaları), “Malişevo” (Kosovo) - “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) - “Pünik” (Ermənistan), “Birkirkara” (Malta) - “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) - “Auda” (Latviya), “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya), “Atletik Eskaldes” (Andorra) - “Düdelanj” (Lüksemburq), “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) cütünün qalibləri, o cümlədən UEFA Avropa Liqasının I təsnifat mərhələsində AEK (Kipr) – “Partizan” (Serbiya), “Spartak” (Slovakiya) – “Hekken” (İsveç) matçlarının məğlubarı Azərbaycan təmsilçilərinə rəqib ola bilərlər.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Selye" ilə qarşılaşacaq "Sabah" sloveniyalılara məğlub olsa, mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Bugünkü püşkatmada bu cütün məğlub tərəfinin də potensial rəqibi məlum olacaq.

Qeyd edək ki, Ermənistan klubları Azərbaycan təmsilçiləri ilə qarşılaşa bilməzlər.

Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də baş tutacaq.