Kriştiano Ronaldoya ardıcıl ikinci dəfə "Qızıl buts” mükafatı verildi

Kriştiano Ronaldoya ardıcıl ikinci dəfə "Qızıl buts” mükafatı verildi

Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldoya Səudiyyə Ərəbistanında ikinci dəfə "Qızıl buts” mükafatı verilib.

"Mediasport" xəbər verir ki, "Əl Nəsr"in hücumçusu ardıcıl uğurunu ötən mövsüm də Pro Liqasının bombardiri olmaqla əldə edib.

Portuqaliyalı “Əl Xolud"la qarşılaşmadan öncə təşkil olunmuş tədbirdə mükafatlandırılıb.

40 yaşlı forvard 2024/2025-ci illər mövsümündə liqada keçirdiyi 30 oyunda 25 qol vurub.