Kriştianu Ronaldu mükafatlandırıldı
Dünya çempionatının 2-ci turunun K və L qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Portuqaliya - Özbəkistan matçında (5:0) iki qol vuran əfsanəvi futbolçu Kriştianu Ronaldu layiq görülüb.
İngiltərə - Qana duelində (0:0) Cud Bellinqem seçilib.
Panama - Xorvatiya görüşündə (0:1) Şimali Amerika təmsilçisinin üzvü Kristian Martines oyunun ən yaxşısı adına sahib çıxıb.
Kolumbiya - Konqo Demokratik Respublikası oyununda (1:0) yeganə qolun müəllifi Daniel Munyos mükafatlandırılıb.


