Olavio Juninyolu "Flamenqu"nun 1/4 final rəqibi müəyyənləşdi

Libertadores Kubokunda 1/4 finalın cütləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyonun komandası "Flamenqu" Argentina təmsilçisi ilə qarşılaşacaq.
1/4 finalın ilk oyunları sentyabrın 16-da, cavab görüşləri 23-də keçiriləcək.
Xatırladaq ki, Juninyo bu ilin yanvarında Ağdam təmsilçisindən Braziliya klubuna keçib.
Libertadores Kuboku. 1/4 final mərhələsi
"Estudiantes" (Argentina) - "Flamenqu" (Braziliya)
"River Pleyt" (Argentina) - "Palmeyras" (Braziliya)
"Rasinq" (Argentina) - "Veles Sarsfild" (Argentina)
LDU (Ekvador) - "San Paulo" (Braziliya)