İsraillə oyundan əldə ediləcək gəlir Qəzzayə göndəriləcək - QƏRAR

"İsrail FİFA və UEFA yarışlarında iştirak edir və biz bunu nəzərə almalıyıq. Əldə etdiyimiz gəliri Qəzzadakı insanların həyatını xilas edən və ərazidə yardım göstərən humanitar təşkilata bağışlamaq istəyirik".
"Mediasport" xəbər verir ki, bunu Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness deyib.
Qurum rəsmisinin sözlərinə görə, bu qərarı vermələrinə səbəb Fələstində mülki əhalinin hücumlara məruz qalması olub.
Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin Norveç - İsrail oyunu oktyabrın 11-də baş tutacaq.