Liqa yarışının son turu keçiriləcək
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Liqa yarışının 3-cü turu keçiriləcək.
"Mediasport" xəbər verir ki, 95 klub və idman cəmiyyətindən olan 643 cüdoçu (532 oğlan, 111 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, 23-24 may tarixlərində baş tutacaq turnir cari ildə U-14 Liqa yarışının son turu olacaq.


