Azərbaycan millisi Avropa çempionatında 1-ci yeri tutdu

 Azərbaycan millisi Avropa çempionatında 1-ci yeri tutdu

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr yekunlaşıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla başa vurub.

Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) isə bürünc medal qazanıb.

Daha əvvəl yeniyetmələr arasında ikiqat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Məhəmməd Musayev gənclər arasında 66 kiloqram çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.

Azərbaycan millisi ümumilikdə 2 qızıl və 1 bürünc mükafatla 43 ölkə arasında oğlanlar arasında birinci yeri tutub.