Millimizin Ukrayna ilə matçının biletləri satışa çıxarıldı - DÇ-2026

Millimizin Ukrayna ilə matçının biletləri satışa çıxarıldı - DÇ-2026

Futbol üzrə Azərbaycan millisi sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsinin qrupunda ikinci görüşünü Ukrayna yığmasına qarşı keçirəcək.

"Mediasport" xəbər verir ki, azarkeşlər Bakıda baş tutacaq matçın biletlərini iTicket.az saytı vasitəsi ilə əldə edə bilərlər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlanacaq.

Xatırladaq ki, komandamız qrupda ilk matçı sentyabrın 5-də Reykyavik səfərində islandiya futbolçularına qarşı olacaq.