"Kəpəz"in sponsor məsələsi həll edildi - Klubdan rəsmi açıqlama

"Kəpəz"in sponsor məsələsi həll edildi - Klubdan rəsmi açıqlama

"Kəpəz" sponsor məsələsini həll edib.

Mediasport.com.az xəbər verir ki, Gəncə təmsilçisi danışıqları müsbət yekunlaşdırıb.

"Sarı-göylər"in mətbuat xidməti bununla bağlı açıqlama yayıb:

"Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub.

Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır.

Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək.

"Kəpəz"imiz üçün xeyirli-uğurlu olsun!"

Xatırladaq ki, komanda 18 xalla Premyer Liqanın turnir cdəvəlində 9-cudur.