Şəhriyar Məmmədyarov dünya reytinqində 5 pillə geri düşdü
Azərbaycanın ən yüksək reytinqli şahmatçısı Şəhriyar Məmmədyarov dünya sıralamasında geriləyib.
"Mediasport" xəbər verir ki, qrossmeyster Beynəlxalq Şahmat Federasiyasının (FİDE) açıqladığı yeni reytinq cədvəlinə əsasən, mövqeyi 5 pillə zəifləyib.
Aktivində 2730 xalı olan "Şah" 19-cu sırada qərarlaşıb.
Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2692) 37-ci, Rauf Məmmədov (2645) 78-ci, Eltac Səfərli (2644) 79-cu, Aydın Süleymanlı (2628) isə 99-cu yerdədir.
Kişilərin reytinqinə əvvəlki kimi, 2840 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadın təmsilçilərimizdən son dünya ikincisi Ülviyyə Fətəliyeva 2440 xalla 33-cü pillədəki yerini qoruyub, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2358) 80-ci, Xanım Balacayeva (2350) isə 89-cu sırada qərar tutub.
Qadınların dünya sıralamasının lideri 2020 xalla çinli Hu İfandır.
