Mahir Emreli debütdə qol vurdu, klubu 19:0 hesablı qələbə qazandı

Mahir Emreli debütdə qol vurdu, klubu 19:0 hesablı qələbə qazandı

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubunun heyətində uğurla debüt edib.

"Mediasport" xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi yay toplanışı çərçivəsində Lüksemburqun həvəskar "Saarland" kollektivi ilə qarşılaşıb.

Millimizin hücumçusu almanların 19:0 hesablı qələbəsilə başa çatan qarşılaşmaya startda başlayıb.

Fasilədə əvəzlənən 28 yaşlı forvard komandasının 5-ci qolunun müəllifi olub.