"Neftçi"nin şikayəti təmin edilmədi

"Neftçi"nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin Premyer Liqanın 23-cü turunun "Turan Tovuz"la matçla bağlı İntizam Komitəsinin qərarından olan şikayətini təmin etməyib.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın azarkeşlərinin təhqiredici pankart açması səbəbindən klubun 15 min manat cərimələnməsi barədə verilən qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, sözügedən matçda Qərb təmsilçisi minimal hesabla qələbə qazanmışdı.