Karateçilərimizin Qusarda keçirilən toplanışı yekunlaşdı

Karateçilərimizin Qusarda keçirilən toplanışı yekunlaşdı

Eşitmə məhdudiyyətli karateçilərimizin təlim-məşq toplanışı keçirilib

"Mediasport" xəbər verir ki, idmançılarımızın "XXV Yay Deflimpiya Oyunları"na hazırlığı məqsədi ilə Qusarda keçirilən təlim-məşq toplanışına yekun vurulub.

Baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında təşkil edilən hazırlıq prosesinə 10 idmançı cəlb edilib.

Təlimlərin əsas məqsədi 15-26 noyabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Deflimpiya Oyunlarına yüksək səviyyədə hazırlığı təmin etməkdir.

Sentyabrın 4-dən start götürən toplanışda əsas diqqət idmançıların fiziki hazırlığının artırılması, texniki və taktiki hazırlığının inkişaf etdirilməsinə yönəldilib.