Ardıcıl ikinci dəfə KONKAKAF Qızıl Kubokunda çempionluq qazandılar

Kanada və ABŞ-nin birgə ev sahibliyi ilə keçirilən KONKAKAF Qızıl Kubokuna yekun vurulub.
"Mediasport" xəbər verir ki, 20 gün davam edən turnirin final görüşü Hyustonda baş tutub.
ABŞ və Meksika millilərinin həlledici qarşılaşmasını ikincilər qazanıblar - 2:1.
Bu, meksikalıların ardıcıl ikinci çempionluğu olub.