İspaniya Superkubokunun finalında "Barselona" - "Real" görüşü olacaq
Futbol üzrə İspaniya Superkubokunun finalçıları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, həlledici qarşılaşmada "El Klasiko" baş tutacaq.
"Real" yarımfinalda keçirilən Madrid derbisində "Atletiko"nu məğlub edibsə (2:1), "Barselona" "Atletik"i darmadağına məruz qoyub - 5:0.
Yanvarın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək final dueli Bakı vaxtilə saat 23:00-da start götürəcək.
