"Çelsi"nin 4 futbolçusu dünya çempionatının rəmzi heyətində

FİFA klublararası dünya çempionatının rəmzi heyəti tərtib olunub.
"Mediasport" xəbər verir ki, simvolik yığmaya ən çox futbolçu çempion "Çelsi"dən düşüb.
Qapıçı: Yassin Bunu (“Əl Hilal”, Səudiyyə Ərəbistanı);
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos (hər ikisi PSJ, Fransa), Tiaqo Silva (“Fluminense”, Braziliya), Mark Kukurelya (“Çelsi”);
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Enso Fernandes (“Çelsi”), Pedru Netu (“Çelsi”);
Hücumçular: Koul Palmer (“Çelsi”), Xon Arias (“Fluminense”), Qonsalo Qarsiya (“Real", Madrid, İspaniya).
Qeyd edək ki, İngiltərə klubu həlledici dueldə PSJ-ni 3 cavabsız qolla üstələyib.