"Trabzonspor" "Qalatasaray"ı üstün oyunla məğlub etdi - VİDEO
Futbol üzrə Türkiyə Superliqasında 28-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, tur derbilərlə əlamətdardır.
İlk böyük matç Trabzonda baş tutub. Çempionluq uğrunda mübarizə aparan "Trabzonspor" doğma meydanda lider "Qalatasaray"la qarşılaşıb.
Fatih Təkkənin komandası inamlı və üstün performansla əsas rəqibini məğlub edib - 2:1.
Sabah isə "Beşiktaş" və "Fənərbağça" arasında İstanbul derbisi reallaşacaq.
1 oyun az keçirmiş "Qalatasaray" 64 xalla 1-cidir. 3 xalı aktivinə yazan "Trabzonspor" 63 xalla ikinci pilləyə yüksəlib.
