Məmmədyarovla Məmmədov irəlilədi, Teymur Rəcəbov gerilədi

Beynəlxalq Şahmat federasiyası (FİDE) mart üçün dünya reytinqini açıqlayıb.
"Mediasport" xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstərici yenə də Şəhriyar Məmmədyarova məxsusdur.
40 yaşlı qrossmeyster 9 pillə irəliləyərək 2748 xalla 11-cı pillədə qərarlaşıb. 2692 xalı olan Teymur Rəcəbov 3 pillə geriləyib və 35-ci sırada yer alıb.
4 pillə irləliəyən Rauf Məmmədov 2657 xalla 67-cidir.
Kişilərin reytinqinə 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların sıralamasında ən yaxşı təmsilçimiz dəyişib. Gövhər Beydullayeva iki pillə geriləməklə 2400 xalla 43-cü yerə enib. Lakin təmsilçimiz Azərbaycanın qadınlar arasında ən yaxşı göstəriciyə məxsus şahmatçısı ünvanına yiyələnib.
Buna Günay Məmmədzadənin 15 pillə geriləməsi səbəb olub. O, 2396 xalla 51-cidir.
2387 xalı olan Ülviyyə Fətəliyeva 7 pillə irəliləyərk 57-ci olub, 2358 xalla 4 pillə irəliləyən Xanım Balacayeva isə 85-ci sırada qərar tutub.
Reytinqin lideri 2633 xalla çinli Yufan Hudur.