Dünya çempionatına qatılacaq şahmatçılarımız müəyyənləşdi
Azərbaycan şahmatçıları Honq Konqda keçiriləcək rapid və blits növü üzrə komandalar arasında dünya çempionatında iştirak edəcək.
"Mediasport" xəbər verir ki, 17-22 iyun tarixlərində baş tutacaq yarışda ölkəmiz “Odlar Yurdu” komandası ilə təmsil olunacaq.
Komandamızın heyətində 8 iti zəka sahibi yer alacaq - Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə, Murad Həşimov.
Kapitan Rauf Məmmədov olacaq.
Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova dünya çempionatında baş hakimin müavini funksiyasını yerinə yetirəcək.
Reqlamentə əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı yarışmalıdır.


