Lionel Messinin heykəlinə qarşı vəhşilik - Abidəni iki yerə böldülər

Lionel Messinin heykəlinə qarşı vəhşilik - Abidəni iki yerə böldülər

Dünya futbolunun canlı əfsanəsi Lionel Messinin Argentinaın Mar-del-Plata şəhərindəki heykəli vandalizmə məruz qalıb.

"Mediasport" xəbər verir ki, naməlum şəxslər Argentina milli komandası və ABŞ-nin “İnter Mayami” komandasının ulduz futbolçusunun heykəlini iki yerə bölüblər.

Polis cinayətkarların tapılması istiqamətində axtarışları davam etdirir.

Xatırladaq ki, daha əvvəl də vandalizmə uğramış heykəlin başı qırılmışdı.

Abidə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Argentina milli komandasının qələbəsini xatırladır. "Albiselesta" mundialın çempionu olmuşdu.