Qana millisinin heyəti açıqlandı
Qana milli komandasının DÇ-2026 üçün 28 nəfərlik yekun heyəti açıqlanıb.
Karlos Keyruşun baş məşqçisi olduğu komanda L qrupunda İngiltərə, Xorvatiya və Panama ilə üz-üzə gələcək.
Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Qapıçılar: Benjamin Asare ("Harts of Oak"), Lourens Ati-Ziqi ("Sankt Qallen"), Cozef Ananq ("Sent-Patriks Atletik"), Solomon Aqbasi ("Harts of Oak"), Pol Reverson ("Ayaks");
Müdafiəçilər: Baba Abdul-Rahman (PAOK), Gideon Mensa, Marven Senaya (hər ikisi "Oser"), Alidu Seydu ("Renn"), Abdul Mumin ("Rayo Valyekano"), Cerom Opoku ("Başakşehir"), Conas Acyeti ("Volfsburq"), Kodyo Pepra Opponq ("Nitsa"), Aleksander Ciku ("Spartak", Moskva);
Yarımmüdafiəçilər: Elişa Ovusu ("Oser"), Tomas Parti ("Vilyarreal"), Kvasi Sibo ("Real Oviedo"), Oqustin Boakye ("Sent-Etyen"), Kaleb Yirenki ("Norşellann"), Kristofer Bonsu Baa ("Əl Qadisiyə");
Hücumçular: Abdul Fatavu İssaaku ("Lester Siti"), Kamal Sulemana ("Atalanta"), Ernest Nuama ("Lion"), Antuan Semenyo ("Mançester Siti"), Brendon Tomas-Asante ("Koventri Siti"), Prins Kvabena Adu ("Viktoriya", Plzen), İnyaki Uilyams ("Atletik"), Cordan Ayu ("Lester Siti").
Mediasport.com.az


