Kamran Zeynalov Serbiyadakı Qran-pridə çempion oldu

Azərbaycanlı paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-pridə uğurla iştirak edib.
"Mediasport" xəbər verir ki, o, 10 metr məsafədən (P1) atəş açmada birinci olub.
Paralimpiyaçımız yarışda ümumilikdə 236.9 xal toplayaraq qızıl medala sahib çıxıb.