Azərbaycan millisinin üzvü Almaniyada əməliyyat olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Edqar Adilxanov Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
"Mediasport" xəbər verir ki, "Şamaxı"nın oyunçusu “Sana Klinik München”də professor Filipp Niemeyer tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.
Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçi yığmanın heyətində məşqdə zədə almışdı.