Azərbaycan yığması Afinada Yunanıstan millisini məğlub etdi
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirib.
"Mediasport" xəbər verir ki, Faiq Qarayevin komandası Afinada iki dəfə yerli milli ilə qarşılaşıb.
Hər iki görüş voleybolçularımızın eyni hesablı qələbəsilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, yığmanın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda baş tutacaq.


