"Qarabağ" azarkeşlərinin gözlədiyi xəbər gəldi - O, qayıtdı!

"Qarabağ" azarkeşlərinin gözlədiyi xəbər gəldi - O, qayıtdı!

"Qarabağ"ın düşərgəsindən sevindirici xəbər gəlib.

"Mediasport" xəbər verir ki, bir müddətdir zədəli olan Kadi Borges sıraya geri dönüb.

Polşa əsilli braziliyalı fərdi məşqlərə start verib. O, komandasının bugünkü çalışmalarında iştirak edib.

Xatırladaq ki, vinger UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun "Çelsi" ilə (2:2) Bakıdakı görüşünün ilk hissəsində zədələnmişdi.