Azərbaycan - Fransa matçında tarixi məqamlar - STATİSTİKA
DÇ-2026-nın Avropa zonası üzrə seçmə qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyunu bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.
"Mediasport" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların qələbəsi ilə yekunlaşan matçın yaddaqalan göstəricilərini açıqlayıb.
- Didye Deşamın baş məşqçisi olduğu kollektiv 11 ildən sonra ilk dəfə hesabda geri düşdüyü səfər oyununda qalib gəlib. Analoji nəticə sonuncu dəfə 2013-cü ildə Belarusla görüşdə (2:4) qeydə alınıb;
- Fransa millisi dünya və Avropa çempionatlarının seçmə mərhələsindəki məğlubiyyətsizlik seriyasını 29 oyuna çatdırıb (23 qələbə, 6 heç-heçə). Dünya çempionları son dəfə 2019-cu ildə Türkiyə yığmasına uduzub (0:2);
- Fransa seçməsi ardıcıl iki qarşılaşmada tamamilə fərqli start heyətləri ilə meydanda olub. Belə hal sonuncu dəfə 2010-cu ildə Cənubi Afrika Respublikası və Norveç yığmalarına qarşı görüşlərdə olub;
- Fransalı futbolçulardan Jan-Filipp Mateta yığmanın start heyətində meydana çıxdığı ardıcıl iki debüt matçında qol vuran yeganə futbolçu kimi tarixə düşüb. Bu göstəriciyə sonuncu dəfə 2004-cü ildə Lui Saha imza atıb;
- 4-cü dəqiqədə qapısında top görən Luka Şevalye son 90 ildə millidə debüt edən qapıçılar arasında ən tez qol buraxan qolkiper olub. Bu göstərici sonuncu dəfə 1935-ci ildə Rene Llens tərəfindən qeydə alınıb.
Xatırladaq ki, qarşılaşmada Fransa qalib gəlib - 3:1.
