Minayə Əkbərova Polşada beynəlxalq turnirin qalibi oldu

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində uğurlu çıxışla yadda qalıblar.
"Mediasport" xəbər verir ki, komandamız yarışı 1 qızıl və 2 bürünc medalla başa vurublar.
Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.
Bürünc mükafatları Qaşim Maqomedovla (63 kq) və Cavad Ağayev (80 kq) əldə ediblər.