Azərbaycanlı Humay Dadaşova Türkiyə yarışında rəqib tanımadı

Azərbaycan taekvondo yığması Antalyada keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) növbəti medalını əldə edib.
Mediasport.com.az xəbər verir ki, gənclərinyarışında 46 kq çəki dərəcəsində mübarizə aparan Humay Dadaşova çempion olub.
Bütünb rəqiblərinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsində qalxıb.
Xatırladaq ki, taekvondoçularımızdan daha əvvəl Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq), Həmidreza Bədrialiabadi (+87 kq) və Minayə Əkbərova (46 kq) bürünc medal qazanıblar.