Montielin fantastik qolu 2025-ci ilin ən yaxşısı seçildi - VİDEO
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2025-ci ilin ən yaxşı qolunu müəyyənləşdirib.
"Mediasport" xəbər verir ki, "Ferens Puşkaş" mükafatının qalibi Argentinanın "Atletiko İndependiente" klubunun futbolçusu Santiaqo Montiel olub.
25 yaşlı argentinalı vingerin bu il mayın 11-də "Rivadavia"nın qapısına cərimə meydanı kənarından akrobatik zərbə ilə vurduğu qol ən yaxşı adına layiq görülüb.
