Afrikada ilin futbolçusu olmağa namizədlərin siyahısı açıqlandı

2025-ci ildə Afrikanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.
"Mediasport" xəbər verir ki, namizədlər müxtəlif liqalarda çıxış edənlər arasından seçilib.
Siyahıda 10 oyunçu yer alıb: Andre-Frank Zambo-Angissa (“Napoli” / Kamerun), Fiston Mayele (“Piramids” / Konqo), Məhəmməd Salah (“Liverpul” / Misir), Denis Buanqa (“Los Anceles” / Qabon), Seru Girassi (“Borussiya" Dortmund / Qvineya), Əşrəf Hakimi (PSJ / Mərakeş), Usamma Lamliui (RSB / Mərakeş), Viktor Osimhen (“Qalatasaray” / Nigeriya), İliman Ndiaye (“Everton” / Seneqal), Pap Matar Sarr (“Tottenhem”, Seneqal).
Mükafat 1992-ci ildən Afrika Futbol Konfederasiyası tərəfindən təqdim olunur.
Son qalib ötən il İtaliyanın “Atalanta” klubundan Ademola Lukman olub.