Mövsümün başa çatmasına bir tur qalmış ölkə çempionu oldular

Mövsümün başa çatmasına bir tur qalmış ölkə çempionu oldular

Finlandiya Yüksək Liqasında 2025-ci ilin çempionu məlum olub.

"Mediasport" xəbər verir ki, KuPS ardıcıl ikinci dəfə qızıl medalları qazanıb.

Kuopio təmsilçisi uğuru çempionluq qrupunda yarışın sonuna bir tur qalmış rəsmiləşdirib.

Bu, KuPS-un tarixində 8-ci çempionluğudur.

Komanda daha əvvəl 1956, 1958, 1966, 1974, 1976, 2019 və 2024-cü illərdə çempionluq yaşayıb.