Murad Fətiyev də üçüncü oldu

  Murad Fətiyev də üçüncü oldu

Murad Fətiyev (-90 kq) Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turnirində üçüncü olub.

"Mediasport" xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək turniri bürünc medalla başa vurub.

Xatırladaq ki, buna qədər Hidayət Heydərov və Əhməd Yusifov da bürünc medal qazanıb, Zelim Tçkayev isə turnirin qızıl medallarına sahib çıxıb.