Federasiya ölkədə 20 idman zalına 10000-dən çox tatami paylayıb

 Federasiya ölkədə 20 idman zalına 10000-dən çox tatami paylayıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır.

"Mediasport" xəbər verir ki, 2022-ci ildən etibarən Bakı və regionlarda 120 idman zalına federasiya tərəfindən 10000-dən çox tatami paylanılıb, 2000-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

2022-2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və Qaxda cüdo zalları açılıb.

Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.