"Neftçi"nin legionerləri iş başında: Jubitana vacib qol vurdu - VİDEO
“Neftçi”nin legoner futbolçuları ölkələrinin milli komandalarında rəsmi oyunlarını keçiriblər.
"Mediasport" xəbər verir ki, Denzel Jubitana Surinam yığmasının heyətində fərqlənib.
O, KONKAKAF Millətlər Liqasının A divizionunun B qrupunda Hondurasla səfər qarşılaşmasında komandasının qələbəsinə töhfə verib.
3:2 hesablı qələbədə ikinci qolu Jubitana vurub.
Sessi D’Almeyda isə Burkina Faso ilə 1:1 hesablı səfər matçında Benin millisinin kapitanı kimi meydana çıxıb

