Balabəy Ağayev çempion oldu!

Balabəy Ağayev çempion oldu!

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinə uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, ilk yarış günnüdə 2 idmançımız medal qazanıb.

60 kq çəki dəcərəsində mübarizə aparan Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək çempion olub.

Nizami İmranov (66 kq) isə bürünc mükafat əldə edib.

İyunun 21-də başa çatacaq yarışda ölkəmiz 17 cüdoçu ilə təmsil olunur.