"Napoli"nin "Qarabağ" azarkeşləri üçün ayırdığı biletlər satışa çıxarılır
Noyabrın 26-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada “Napoli”nin qonağı olacaq “Qarabağ” azarkeşləri üçün ayrılan yerlərin sayı açıqlanıb.
"Mediasport" xəbər verir ki, azərbaycanlı fanatlar üçün biletlər bu gün satışa çıxarılacaq.
Dieqo Armando Maradona stadionunda Azərbaycan çempionunun dəstəkçiləri üçün 2480 bilet nəzərdə tutulub.
Vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Ayrılmış sektorlara giriş “Gate 26”dan təmin ediləcək.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtilə saat 00:00-da start götürəcək.
