Nazim Süleymanov - 60

Bu gün Azərbaycanın veteran futbolçusu Nazim Süleymanovun 60 yaşı tamam olur.
Mediasport.com.az xəbər verir ki, AFFA rəhbərliyi səbəbkarı yubileyi mmünasibətilə təbrik edib.
Qurumun İcraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev ona üzərində adı və "60" rəqəmi yazılan xatirə hədiyyəsi təqdim ediblər.
Qeyd edək ki, Nazim Süleymanov 1995-ci ildə Vladiqafqazın "Alaniya" klubu ilə SSRİ çempionu olub, 1992 və 1996-cı illərdə gümüş medalları qazanıb.
Rusiya çempionatlarının bombardiri olmuş sabiq hücumçu 1992-1998-ci illərdə Azərbaycan milli komandasının heyətində 24 oyun keçirib, 5 qol vurub.
O, 2023-cü ildə dərc olunmuş Rusiya çempionatları tarixində ən çox qol vuran legionerlərin yenilənmiş siyahısında 10-cu sırada yer alıb. Süleymanov bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır.