"Şamaxı" "Şəfa" ilə bərabərə qaldı

"Şamaxı" yoxlama oyununda qüvvəsini sınayıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi doğma azarkeşlər önündə 1-ci Liqa klubu "Şəfa" ilə heç-heçə edib (1:1).
Ayxan Abbasovun komandası Premyer Liqanın 2-ci turunda "Sabah"a 1:2 hesabı ilə uduzub.
"Şamaxı"nın Azərbaycan çempionatının 3-cü turunda rəqibi "Sumqayıt" olacaq.