Sponsordan gələn maliyyə azaldı - Rəşad Sadıqov AXTARIŞA ÇIXDI
"Zirə"də maliyyə sıxıntısı olduğu haqda bir neçə gün əvvəl xəbər vermişdik.
Mövzu ilə bağlı redaksiyamıza daha bir maraqlı məlumat daxil olub.
Qəsəbə təmsilçisindən verilən informasiyaya görə, maliyyə problemlərinin səbəbi baş sponsor "Santral" şirkəti və bir neçə ay əvvəl həbs edilən iş adamı Adnan Əhmədzadə ilə əlaqəlidir.
"Qartallar"ın əsas himayədarı Premyer Liqada qış fasiləsinə 3-cü pillədə yollanan komandaya ayırdığı büdcəni azaldıb.
Digər tərəfdən, sabiq SOCAR rəsmisinin də həbsi "Rahat" marketlər şəbəkəsinin reklam vasitəsilə kluba qazandırdığı maliyyənin yolunu kəsib.
Bildirilir ki, baş məşqçi Rəşad Sadıqov vəziyyətin daha ağırlaşmasından ehtiyat edərək yaxın çevrəsi və imkanlı dostları vasitəsilə sabit maliyyə gəliri axtarışına çıxıb.
Xatırladaq ki, bir neçə aydır maliyyə çətinliyi yaşayan "Zirə" ödəmələri, xüsusən reklam əməkdaşlıqlarının maddi qarşılığını gecikdirir.
Klub artıq 3-cü aydır ki, əməkdaşlıq etdiyi idman saytlarının reklam pullarını ödəmir.
Komandada yalnız əcnəbilərin ödəmələri vaxtında edilir ki, kimsə beynəlxalq qurumlara üz tutub şikayətçi olmasın.
Yerlilər isə səsini çıxara bilmir.
Mediasport.com.az
