"Neftçi" Almaniya millisinin sabiq futbolçusunu transfer edir

"Neftçi" Almaniya millisinin sabiq futbolçusunu transfer edir

“Neftçi” daha bir futbolçunun keçidini həll etmək üzrədir.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi bu ayın sonunda Yunanıstanın "Atromitos" klubu ilə müqaviləsi başa çatacaq Makana Bakunu transfer etməyə hazırlaşır.

"Ağ-qaralar"ın Konqo əsilli almaniyalı sol cinah vingeri ilə razılaşdığı bildirilir.

29 yaşlı futbolçu geridə qalan mövsüm ümumilikdə 40 oyun keçirib, 13 qol vurub, 10 məhsuldar ötürmə edib.

Almaniyanın U-20 və U-21 milli komandalarında 5 dəfə forma geyinib.

O, Almaniyada “Holşten Kil”, Polşada “Varta” (Poznan), "Legiya, Türkiyədə “Göztəpə", Yunanıstanda isə "Atromitos"dan başqa OFİ (Krete) klublarının da şərəfini qoruyub.

Transfer dəyəri 800 min avro civarında qiymətləndirilir.

Xatırladaq ki, UEFA Konfrans Liqasına hazırlaşan "Neftçi" onadək Rüfət Abbasov və Qustavo Klisman Dimaraeş Miranda ilə güclənib.