Ehtiram Quliyev: "Tovuz futbolu irsidir, bunu davam etdirmək lazımdır"

"Bu gün çox sevincliyik. Bizdən öncə olan irsin davamına qatqımız olduğu üçün xoşbəxtik. Bizdən qabaq stadionun, korpusun tikintisi əvvəlki rəhbərliklərin şəxsi vəsaiti hesabına tikilib”.
"Mediasport"un Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri "Turan Tovuz"un İdarə heyətinin sədri Ehtiram Quliyev deyib.
Qərb klubunun rəhbəri Tovuz şəhər stadionunda yeni inşa olunmuş akademiya binasının açılış mərasimində çıxış edib:
“Biz də bu zəncirə öz halqamızı qoymağın xoşbəxtliyini yaşayırıq. Tovuz futbolu irsidir, bunu davam etdirmək lazımdır.
Ali Baş Komandan cənab İlham Əliyevin idmana göstərdiyi qayğı hər kəsə məlumdur. Xüsusən də bölgələrə olan diqqətindən hamı xəbərdardır. Biz də öz növbəmizdə onun planlarının davamını gətirmək üçün öhdəmizə düşən işləri görməliyik".