Nihat Kahveci: "Qarabağ" hər kəsi təəccübləndirməyə davam edir"

Nihat Kahveci: "Qarabağ" hər kəsi təəccübləndirməyə davam edir"

Türkiyə milli komandasının keçmiş futbolçusu Nihat Kahveci növbəti dəfə UEFA Çempionlar Liqasında tarix yazan "Qarabağ"ın uğurlu çıxışı haqda danışıb.

"Mediasport" xəbər verir ki, ötənlərin məşhur hücumçusu Liqa mərhələsinin 7-ci turu çərçivəsində dünən Bakıda "Ayntraxt"la baş tutmuş qarşılaşmanı şərh edib.

Dünya üçüncüsü Ağdamlıların 3:2 hesablı qalibiyyəti haqda bunu deyib:

"Bravo, “Qarabağ”. Onları təbrik edirəm. “Qarabağ” hər kəsi təəccübləndirməyə davam edir. Belə performans alqışlara layiqdir.

"Qarabağ"a uğurlar. "Qalatasaray" və "Qarabağ"ın artıq 10 xalı var. Möhtəşəm performansdır, hər iki klubumuz çox güclüdür. Əminəm ki, hər ikisi irəliləyəcək".