"Neftçi" heyətini paraqvaylı futbolçu ilə gücləndirdi - RƏSMİ

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi paraqvaylı Luis Ortislə güclənib.
Sol cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.
25 yaşlı cənubi amerikalı "ağ-qaralar"ın heyətində icarə əsasında oynayacaq.
Bunadək yalnız vətənində çıxış etmiş Ortis "Sportivo Ameliano” klubuna məxsusdur.
O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Neftçi" onadək fransalı müdafiəçi Sessi D Almeydanı transfer edib.