"Neftçi"nin yeni transferi: "Həm xoşbəxt, həm motivasiyalıyam"

"Neftçi"nin yeni transferi: "Həm xoşbəxt, həm motivasiyalıyam"

"Yeni dövr başlayır. Həm xoşbəxt, həm motivasiyalıyam. Daha bir fürsət üçün Allaha şükürlər olsun! Allah bizə rəhm etsin, məqsədimizə birlikdə qovuşaq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi İqor Ribeyro sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

"Ağ-qaralar" braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıblar.

"Sambaçı" ötən mövsümü "Araz-Naxçıvan" heyətində keçirib. 37 oyuna çıxıb və 1 qol vurub.