"Neftçi" kubokla Zirədə vidalaşdı
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma nəzərdə tutulub.
1/4 finala ilk yüksələn kollektiv "Turan Tovuz" olub. Qərblilər "Şahdağ Qusar"ı 2:1 hesabı ilə məğlub ediblər.
Bir raunddan ibarət olacaq cütlərdə "Turan Tovuz" "Araz-Naxçıvan" - "Kəpəz" görüşünün güclüsü ilə qarşılaşacaq.
"Zirə" - "Neftçi" qarşılaşmasında sevinən tərəf "qartallar" olublar.
Rəşad Sadıqovun komandası yarımfinal yolunda "Difai" - "Sumqayıt" matçının qalibi ilə görüşəcək.
Raunda dekabrın 4-də yekun vuurlacaq.
Azərbaycan Kuboku. 1/8 final
"Zirə" - "Neftçi" 0:0 (ə.v. 1:0)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.
"Şahdağ Qusar" - "Turan Tovuz" 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt, "SOCAR Polymer Arena".
