Mahir sonradan oyuna daxil oldu, komandası evdə qələbə qazandı
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 33-cü turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" evdə "Arminiya"nı qəbul edib (2:0).
Emreli 65-ci dəqiqədə meydana daxil olub.
Xatırladaq ki, "Kayzerslautern" sona 1 tur qalmış turnir cədvəlində 49 xalla 6-cı pillədə qərarlaşıb.
