"Neftçi"də üzlər gülür: "Zirə" səfərində meydana itkisiz çıxacaq

"Neftçi"də üzlər gülür: "Zirə" səfərində meydana itkisiz çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” ilə matçı üçün hazırlığı tamamlayıb.

"Mediasport" xəbər verir ki, paytaxt klubu bu gün “Palms Sports” Futbol Mərkəzində son məşqə çıxıb.

"Ağ-qaralar" görüşə tam heyətlə hazırlaşıblar. 3 turluq cəzası başa çatmış müdafiəçi İqor Ribeyro da "qartallar"la dueldə meydana çıxa biləcək.

Xatırladaq ki, sabah Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:30-da başlanacaq.