Azər Salahlı bölgə klubuna keçdi - İki illik müqaviləni razılaşdırdılar

Azər Salahlı bölgə klubuna keçdi - İki illik müqaviləni razılaşdırdılar

Mövsüm başa çatan kimi "Neftçi"dən yola salınan Azər Salahlının karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, cinah müdafiəçisi Premyer Liqaya yüksələn "İmişli"də oynayacaq.

31 yaşlı futbolçu Aran təmsilçisi ilə maliyyə şərtlərini razılaşdıraraq iki illik müqaviləyə "ok" verib.

Son üç mövsümü "ağ-qaralar"da keçirmiş yığmanın üzvü paytaxt təmsilçisinin heyətində 77 oyuna 3 qol vurub.