Varqas rəsmən "Neftçi"li oldu - Müqavilənin detalları açıqlandı

Varqas rəsmən "Neftçi"li oldu - Müqavilənin detalları açıqlandı

"Neftçi" Freddi Varqası transfger edib.

"Mediasport" xəbər verir ki, anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu 2+1 il ərzində "ağ-qaralar"ın formasını geyinəcək.

O, 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü.

27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.