"Neftçi"nin üzvü özünə toy etdi

"Neftçi"nin üzvü özünə toy etdi

“Neftçi”nin legioneri Bassala Sambu özünə toy edib.

"Mediasport" xəbər verir ki, ingiltərəli hücumçu vətənində nikaha daxil olub.

27 yaşlı forvard 5 ildir birlikdə yaşadığı xanımla özünə Londonda şadyanalıq məclisi qurub.

Qeyd edək ki, "ağ-qaralar"ın heyətinə qışda qoşulan Sambu 14 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.